"Bayer" Bundesliqa klubunun qapıçısını icarəyə götürdü
Operativ Media
"Borussiya Mönhenqladbax"ın qapıçısı Jonas Omlin icarə əsasında "Bayer" (Leverkuzen) klubuna keçib.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Müqavilə 2025/26 mövsümünün sonuna qədər qüvvədədir.
Omlin 2023-cü ildən bəri "Borussiya"da oynayır. O, 36 oyun keçirib, 63 qol buraxıb və səkkiz dəfə qapısını toxunulmaz saxlayıb. 32 yaşlı isveçrəli bu mövsüm heç bir oyunda iştirak etməyib.
18 oyundan sonra "Bayer Leverkuzen" Bundesliqada 32 xalla altıncı, "Borussiya Qladbax" isə 19 oyundan 20 xalla onuncu yerdədir.