Menyu

Rusiya millisinin sabiq baş məşqçisi vəfat etdi

Operativ Media
Rusiya millisinin sabiq baş məşqçisi vəfat etdi

Rusiya millisinin keçmiş baş məşqçisi Boris İqnatyev vəfat edib.

Operativ Media xəbər verir ki, rusiyalı mütəxəssis 85 yaşında dünyasını dəyişib.

Moskvanın “Spartak” akademiyasının yetirməsi olan İqnatyev oyunçu kimi “Zenit İjevsk”, “Raketa”, “Volqa”, “Dinamo Mahaçqala”, “Meteor Jukovski” və “Stroitel Ufa” da daxil olmaqla bir sıra SSRİ və Rusiya klublarında oynayıb.

Məşqçi kimi Boris İqnatyev Rusiya millisi, SSRİ-nin gənclərdən ibarət komandası, “Saturn”, “Dinamo” (Kiyev) və “Torpedo”nu çalışdırıb. Onun rəhbərliyi altında SSRİ gənclər komandası 1988-ci ildə Avropa çempionatının qalibi olub.

Əlaqəli Xəbərlər