Menyu

Azərbaycanlı referi Avropa Liqasının oyununa təyinat aldı

Operativ Media
Azərbaycanlı referi Avropa Liqasının oyununa təyinat aldı
1 dəq oxu

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

Operativ Media xəbər verir ki, o, "Midtyullann" (Danimarka) - "Dinamo" (Zaqreb, Xorvatiya) arasında keçiriləcək Liqa mərhələsinin 8-ci turunun matçını idarə edəcək.

E.Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, "Midtyullann" - "Dinamo" oyunu yanvarın 29-dan 30-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Əlaqəli Xəbərlər