"Qarabağ"la adı hallanan futbolçu Çexiya klubuna keçdi
Operativ Media

"Qarabağ"la adı hallanan Salim Faqo Lavalın yeni komandası məlum olub.
Operativ Media xəbər verir ki, 23 yaşlı hücumçu "Viktoriya" (Plzen) klubuna keçib. Bu barədə Çexiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Viktoriya" nigeriyalı futbolçuya görə Xorvatiya "İstra"sına 2,4 milyon avro ödəyib. Bu, Plzen klubunun tarixində ən bahalı transfer olub.
Afrikalı forvardla 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Salim Faqo Laval cari mövsüm "İstra"nın heyətində bütün turnirlərdə 19 oyuna 7 qol və 2 məhsuldar ötürməylə yadda qalıb. O, ötən ilin dekabrında Nigeriya millisinin heyətində debüt edib. 184 sm boya malik forvard Afrika Millətlər Kubokunda 1 matçda meydana çıxıb.