Menyu

Braziliyalı yarımmüdafiəçi Duqlas Luis “Aston Villa”ya qayıdır

Operativ Media
Braziliyalı yarımmüdafiəçi Duqlas Luis “Aston Villa”ya qayıdır

Braziliyalı yarımmüdafiəçi Duqlas Luis yenidən “Aston Villa”ya qayıtmağa yaxındır.

Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, ötən həftə aparılan danışıqlardan sonra futbolçunun geri dönüşü ilə bağlı razılıq əldə olunub. “Aston Villa” ilə “Yuventus” arasında şifahi razılaşma mövcuddur.

Razılaşmaya əsasən, Duqlas Luis iyun ayına qədər ödənişli icarə əsasında İngiltərə klubunda çıxış edəcək. Müqavilədə sonradan satınalma maddəsi də yer alır. Braziliyalı futbolçu bu keçid çərçivəsində “Nottingem Forest”dən dərhal ayrılacaq.

Qeyd edək ki, Duqlas Luis daha əvvəl də “Aston Villa”nın heyətində uğurlu çıxışı ilə azarkeşlərin rəğbətini qazanmışdı.

Əlaqəli Xəbərlər