Menyu

"Qarabağ"ın monteneqrolusu fəxri mükafat aldı

Operativ Media
"Qarabağ"ın monteneqrolusu fəxri mükafat aldı

“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç doğulduğu Çetinye (Monteneqro) şəhərinin fəxri mükafatına layiq görülüb.

Operativ Media xəbər verir ki, bu barədə məlumatı “Instagram” səhifəsində Yankoviç özü paylaşıb.

“Plaketa Prijestonice Cetinje” adlanan bu fəxri mükafat Monteneqronun tarixi paytaxtı olan Çetinye şəhər rəhbərliyi tərəfindən şəhərin inkişafında müstəsna töhfələr vermiş şəxslərə təqdim olunur.

“Ən çətini və eyni zamanda ən böyük şərəf insanın öz ölkəsində tanınmasıdır. Çetinye şəhərinin rəhbərliyinin təqdim etdiyi mükafat mənim ölkə hüdudlarından kənarda qurduğum yolun, əməyin və əzmkarlığın dəyərləndirilməsidir. Bu mükafat mənim üçün həm böyük şərəf, həm də öhdəlikdir — çünki parlaq idmançıların çoxluq təşkil etdiyi güclü rəqabətdə tanınmağın asan olmadığını bilə-bilə daha böyük və daha yaxşı nəticələrə can atmaqla bu etimadı doğrultmalıyam.

Bu mükafatı Cetinyedə mənə ilk addımları öyrədən məşqçilərim – Nikola Nino Milanoviç və Marko Markoviçə, eləcə də hər şeyin təməli olan ailəmə həsr edirəm. Böyük yollar çox vaxt palçıqlı meydanlardan başlayır və həmin başlanğıclar olmasaydı, bugünkü nəticələr də olmazdı.

Şəhərimizi və dövlətimizi təmsil etdiyim bu yolda daha yaxşı nəticələrin davam edəcəyinə ümidlə, mer Nikola Djuraşkoviçə də dərin təşəkkürümü bildirirəm” – Yankoviç payalaşımında vurğulayıb.

Əlaqəli Xəbərlər