Kişi boksçular arasında Azərbaycan çempionatında finalçılar müəyyənləşib
Operativ Media
Kişi boksçular arasında Azərbaycan çempionatı davam edir.
Operativ Media xəbər verir ki, 33 komandanın iştirakı ilə təşkil edilən yarışın VI günündə yarımfinal görüşləri baş tutub.
10 çəki dərəcəsində 20 döyüşün nəticəsinə əsasən finala çıxan boksçuların adlarına aydınlıq gəlib. Məğlub olan idmançılar isə bürünc medalla kifayətləniblər.
Çempionatda final döyüşləri sabah keçiriləcək. Boks Mərkəzində təşkil olunan yarışın həlledici görüşlərinə saat 14:00-da start veriləcək.