Menyu

"Tottenhem"in müdafiəçisi 4 həftəlik sıradan çıxdı

Operativ Media
"Tottenhem"in müdafiəçisi 4 həftəlik sıradan çıxdı

"Tottenhem"in müdafiəçisi Pedro Porro bud əzələsindən aldığı zədə səbəbindən 4 həftəlik sıradan çıxıb.

Operativ Media xəbər verir ki, bu haqda Jurnalist Pitt Bruk  sosial media hesabında paylaşım edib.

26 yaşlı ispaniyalı İngiltərə Premyer Liqasının 23-cü turunda "Bernli" ilə 2:2 hesablı heç-heçə ilə başa çatan oyunda zədələnib. Buna görə də o, Çempionlar Liqasının 8-ci turunda "Ayntraxt Frankfurt"la oyunu buraxacaq.

Porro bu mövsüm bütün turnirlərdə 34 oyunda iştirak edib və 5 məhsuldar ötürmə edib.

Əlaqəli Xəbərlər