Menyu

"Qarabağ" Kipr klubunun futbolçusunu istəyir

Operativ Media
"Qarabağ" Kipr klubunun futbolçusunu istəyir

“Qarabağ”ın transfer gündəmi ilə bağlı yeni detallar ortaya çıxıb.

Operativ Media xəbər verir ki, Ağdam təmsilçisi daha bir futbolçunu heyətinə cəlb etməyi planlaşdırır. Bu haqda balla.com saytı məlumat yayıb.

Məlumata əsasən, Azərbaycan çempionu Kiprin “AEK Larnaka” klubunda forma geyinən Jeremi Qnali ilə maraqlanır. Müdafiənin sol cinahında çıxış edən, eyni zamanda hücum xəttində vinger mövqeyində də oynaya bilən futbolçunun hazırkı klubu ilə müqaviləsinin yay aylarında başa çatması transfer prosesini asanlaşdıra bilər.

Bu amil “Qarabağ”ın irəli sürəcəyi maliyyə şərtlərinin Kipr klubu tərəfindən qəbul olunacağı ehtimalını artırır. Qeyd edək ki, Qnali 2024-cü ildən “AEK Larnaka”nın şərəfini qoruyur. Konqo əsilli futbolçu Fransa pasportuna malikdir.

“Transfermarkt” portalında Jeremi Qnalinin bazar dəyəri 450 min avro olaraq qiymətləndirilir.

Əlaqəli Xəbərlər