Azərbaycanlı beynəlxalq hakim Çelenc Kubokunun 1/4 final oyununa təyinat alıb

Azərbaycanlı beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov Çelenc Kubokunun oyununa təyinat alıb.
Operativ Media xəbər verir ki, Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alan Eldar Zülfüqarov bu gün Macarıstanda keçiriləcək qadın voleybolçular arasında Çelenc Kubokunun 1/4 final mərhələsinin “Kapoşvari” (Macarıstan) – “Nova Qoritsa” (Sloveniya) qarşılaşmasında ikinci hakim olacaq.
Matçın baş hakimi funksiyasını isə türkiyəli Cevril Ebru Kaya yerinə yetirəcək.
CEV Hakimlər Komitəsi bu il “CEV Mentoring Program 2026” layihəsinə start verib. Layihəyə 16 təcrübəli hakim (layihə zamanı onlar mentor adlanırlar) cəlb olunub. Onlardan biri də həmyerlimiz Eldar Zülfüqarovdur.
Layihə çərçivəsində yeni hakimlər yarışlarda birinci hakim olaraq təyinat alırlar. Təcrübəli referilər isə oyunda ikinci hakim olurlar və matçdan sonra yeni hakimlərin işini qiymətləndirirlər.