"Qarabağ" pley-off mərhələsinə yüksəldiyi üçün nə qədər qazandı?
Operativ Media
“Qarabağ” UEFA Çempionlar Liqasının liqa mərhələsini ilk 24-lükdə başa vuraraq pley-off mərhələsinə yüksəlib.
Operativ Media xəbər verir ki, bununla da Ağdam təmsilçisi UEFA tərəfindən nəzərdə tutulan əlavə 1 milyon avro bonus qazanıb.
Qeyd edək ki, Çempionlar Liqasının yeni formatına görə liqa mərhələsində ilk 24 pillədə qərarlaşan komandalar pley-off mərhələsində iştirak hüququ əldə etməklə yanaşı, maliyyə baxımından da mükafatlandırılır. “Qarabağ”ın bu mərhələyə yüksəlməsi klubun Avropa kuboklarından əldə etdiyi ümumi gəliri daha da artırıb.
Xatırladaq ki, "atlılar" Liqa mərhələsinə yüksəldikdən bu günədək 26,62 milyon avro gəlir əldə edib.