Menyu

Bəhlul Mustafazadə: "Liverpul"la matç bizə dərs oldu"

Operativ Media
Bəhlul Mustafazadə: "Liverpul"la matç bizə dərs oldu"

"Pley-off mərhələsinə yüksəldiyimiz üçün şadıq. "Liverpul"la oyuna görə təəsüf hissi keçiririk. Ümumi götürsək, bizim üçün yaxşı Çempionlar Liqası mövsümü oldu. Yolumuza davam edirik. "Liverpul"la matç bizə dərs olacaq".

Operativ Media  xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə jurnalistlərə açıqlamasında deyib.

Müdafiəçi pley-off mərhələsində qarşılaşa biləcəkləri potensial rəqibləri də dəyərləndirib:

"Nyukasl" PSJ-dən bizə daha uyğun rəqib kimi görünür. Amma hər ikisi çox güclü komandadır. Mübarizə aparmağa çalışacağıq".

Mustafazadə Çin klubuna keçəcəyi ilə bağlı xəbərlərə münasibətini bildirib: "Hələ ki, rəsmi təklif yoxdur. İndidən bu barədə nəsə demək düzgün olmaz".

Əlaqəli Xəbərlər