Menyu

PSJ-nin baş məşqçisi: "Qarabağ"la oynamaq daha yaxşıdır

Operativ Media
PSJ-nin baş məşqçisi: "Qarabağ"la oynamaq daha yaxşıdır

Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqiblər barədə danışan PSJ-nin baş məşqçisi Luis Enrike Azərbaycanın "Qarabağ" komandası ilə qarşılaşmaq istəyini bildirib.

Operativ Media xəbər verir ki, o, bu haqda klubun mətbuat xidmətinə danışıb.

"Əgər pley-off mərhələsinə çıxmağın nə qədər çətin olduğunu bilən komanda varsa, o da bizik. Həm "Monako", həm də "Qarabağ"la qarşılaşmağa hazırıq. Görəcəyik, amma ümid edirəm ki, bu, Fransa komandası deyil, çünki fransızlara qarşı oynamaqdan bezmişik. Başqa ölkəyə gedib "Qarabağ"la oynamaq daha yaxşıdır. Çətin səfər oyunlarına öyrəşmişik", - deyə o bildirib.

Xatırladaq ki, Azərbaycan çempionu pley-off mərhələsində ya PSJ, ya da "Nyukasl"la qarşılaşacaq. Püşkatma yanvarın 30-da keçiriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər