AFFA Premyer Liqa klublarını cərimələdi
Operativ Media

AFFA İntizam Komitəsinin iclası keçirilib.
Operativ Media xəbər verir ki, toplantıda Misli Premyer Liqasının XVII turunda keçirilən oyunlarda qeydə alınan neqativ hallar müzakirə olunub.
“Araz-Naxçıvan”la matçda heyətinə 6 nəfər sarı vərəqə aldığı üçün “İmişli” 700 manat cərimələnib. Naxçıvanlılarda isə 4 futbolçu sarı vərəqə aldığı üçün klub eyni məbləğdə cərimə ödəməli olacaq.
“Neftçi” – “Zirə” görüşündə oyun günü planı pozulduğundan, “Neftçi” 2000 manat ziyana düşüb.
“Qarabağ” – “Kəpəz” qarşılaşması bitdikdən sonra meydançaya kənar şəxs daxil olub ki, bu, birincilərin 2500 manat cərimə olunmasına gətirib çıxarıb.
“Karvan-Yevlax”la oyunda 5 nəfər sarı vərəqə aldığı üçün “Sabah” da 700 manat cəriməyə məruz qalıb