PSJ-nin gürcü futbolçusu zədələndi
Operativ Media

PSJ-nin baş məşqçisi Luis Enrike komandanın yarımmüdafiəçisi Xviça Kvaratsxelyanın Çempionlar Liqasının 8-ci turunda "Nyukasl"a qarşı (1:1) matçda topuq nahiyəsindən zədə aldığını bildirib.
Operativ Media xəbər verir ki, 24 yaşlı gürcü futbolçu 23-cü dəqiqədə rəqibi ilə toqquşmadan sonra yıxılıb və meydanı çətinliklə tərk edib. Onun yerinə Desiré Doue meydana daxil olub.
"Bu, topuq zədəsidir. Vəziyyət mürəkkəbdir, amma ümid edirəm ki, yanılıram və sabah yaxşı xəbərimiz olacaq", - deyə Enrike bildirib.
Kvaratsxeliya 2025-ci ilin yanvar ayında PSJ-yə qoşulub. Bu mövsüm o, parislilərin heyətində bütün yarışlarda 27 oyuna çıxıb, 7 qol vurub və 6 məhsuldar ötürmə edib.