"Beşiktaş" fransız qapıçı ilə maraqlanır

"Beşiktaş" qapıçı transferi üçün İngiltərə Premyer Liqası təmsilçisi “Vest Hem"in formasını geyinən Alfonse Areolanı gündəminə alıb.
Operativ Media xəbər verir ki, bu haqda "SkySports" nəşri məlumat yayıb.
İddialara görə, “ağ-qaralar” transfer pəncərəsinin son günləri ərəfəsində 32 yaşlı fransız qapıçı ilə maraqlanıb. "Beşiktaş" rəhbərliyi təcrübəli qolkiperin heyətə cəlb olunması ehtimalını dəyərləndirir.
PSJ-nin akademiyasında yetişən Alfonse Areola karyerası ərzində Avropanın aparıcı liqalarında çıxış edib. “Lens”, “Bastia”, “Vilyarreal”, “Real Madrid”, “Fulhem” və “West Ham United” klublarında forma geyinən fransız qapıçı 13 il ərzində PSJ-yə məxsus futbolçu olub. Areola 2022-ci ilin yayında icarə əsasında çıxış etdiyi “West Ham United”a 9,3 milyon avro transfer haqqı qarşılığında birdəfəlik keçib.