Menyu

"Qarabağ" 9-cu, Kevin Medina 3-cü oldu

Operativ Media
"Qarabağ" 9-cu, Kevin Medina 3-cü oldu

Azərbaycanın “Qarabağ” futbol klubu Çempionlar Liqasının əsas mərhələsini topa yenidən sahibolma göstəricisinə görə 9-cu pillədə başa vurub.

Operativ Media-nın məlumatına görə, “köhlən atlar” 333 dəfə topu geri almağı bacarıb. Bu göstərici ilə komanda İngiltərənin “Tottenhem” və Norveçin “Bude-Qlimt” klublarını (hər biri 332) cüzi fərqlə qabaqlayıb. Siyahıda daha yuxarı pillələrdə Almaniyanın “Borussiya” və Niderlandın PSV klubları yer alıb (342).

İlk üçlükdə isə İspaniyanın “Atletik” (409), Belçikanın “Union” (370) və Yunanıstanın “Olimpiakos” (360) komandaları qərarlaşıb.

Bununla yanaşı, “Qarabağ”ın müdafiəçisi Kevin Medina fərdi göstəricidə topun geri alınması üzrə Çexiyanın “Slaviya” klubunun müdafiəçisi David Zima ilə birlikdə 62 göstərici ilə 3-cü yeri bölüşür. Bu siyahıda ən yaxşı nəticə İspaniyanın “Atletik” klubunun futbolçusu Aytor Paredesə məxsusdur (77). Onu İtaliyanın “Atalanta” klubunun müdafiəçisi Odilon Kossunu izləyir.

Əlaqəli Xəbərlər