Menyu

ABL: "Naxçıvan" "Quba"ya qarşı

Operativ Media
ABL: "Naxçıvan" "Quba"ya qarşı

Azərbaycan Basketbol Liqasının XV turunda daha bir oyun baş tutacaq.

Operativ Media xəbər verir ki, "Naxçıvan" bu gün "Quba" ilə üz-üzə gələcək.

B qrupunun qarşılaşması Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək. "Naxçıvan" 25 xalla qrupda ikincidir. 19 xala malik "Quba" isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun ötən gün baş tutan "Lənkəran" - "Ordu" matçı qonaqların qələbəsi ilə yekunlaşıb - 103:63.

Azərbaycan Basketbol Liqasında XV tura fevralın 1-də yekun vurulacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər