Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atıldı
Operativ Media
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb.
Operativ Media xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Liqa mərhələsini 9–24-cü yerlərdə başa vuran klublar iştirak ediblər.
Ölkəmizi turnirdə təmsil edən "Qarabağ" pley-offda "Nyukasl"a (İngiltərə) rəqib olub.
Pley-off-da aşağıdakı cütlər üz-üzə gələcək.
"Qarabağ" (Azərbaycan) - "Nyukasl" (İngiltərə)
"Monako" (Fransa) - PSJ (Fransa)
"Qalatasaray" (Türkiyə) -"Yuventus" (İtaliya)
"Benfika" (Portuqaliya) - "Real" (İspaniya)
Qeyd edək ki, ÇL-də pley-offun ilk oyunları 17–18 fevralda, cavab görüşləri isə 24–25 fevralda keçiriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net