"Sumqayıt"ın baş məşqçisi: Oyunumuzdan tam razı qaldım deyə bilmərəm
Operativ Media
"Oyunumuzdan tam razı qaldım deyə bilmərəm".
Operativ Media xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Saşa İliç "Karvan-Yevlax"la oyundan sonda deyib.
O, növbəti oyuna daha yaxşı hazırlaşacaqlarını qeyd edib.
“Əslində bizim üçün çox vacib 3 xal idi. Qalib gəlsək də oyunumuzdan tam razı qaldım deyə bilmərəm. Paslar və cərimə zərbələri zamanı səhvlərə yol verirdik ki bu da qapımızda təhlükə ilə nəticələnirdi. Oyunumuzu daha təkmilləşdirmək üçün bunların üzərində çalışıb növbəti oyuna hazırlaşacağıq”.
Qeyd edək ki, "Sumqayıt" "Karvan-Yevlax"ı səfərdə 2-0 hesabı ilə məğlub edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net