Azərbaycan PL: "Araz-Naxçıvan" "Neftçi"yə, "Qarabağ" "Turan Tovuz"a qarşı
Operativ Media
Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulacaq.
Operativ Media xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.
Əvvəlcə "Araz-Naxçıvan" "Neftçi"ni qəbul edəcək. Matç saat 16:00-da start götürəcək.
Turun qapanış oyununda isə "Qarabağ" və "Turan Tovuz" komandaları üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 18:30-da oynanılacaq.