ABL: "Gəncə" "Şəki"yə, NTD "Neftçi"yə qarşı
Operativ Media
Azərbaycan Basketbol Liqasında XV tura bu gün yekun vurulacaq.
Operativ Media-nın məlumatına görə, sonuncu oyun günündə daha iki qarşılaşma keçiriləcək.
A qrupunun "Gəncə" - "Şəki" görüşü saat 14:00-da, NTD - "Neftçi" matçı saat 18:00-da start götürəcək.
"Neftçi" bu qrupda 20 xalla üçüncü pillədə qərarlaşıb. Eyni xala malik olan "Gəncə" dördüncü sıradadır. Beşinci yerdəki "Şəki"nin, altıncı mövqedəki NTD-nin 16 xalları var.
Qeyd edək ki, XV turda "Ordu" "Lənkəran"ı (103:63), "Naxçıvan" "Quba"nı (82:70), "Sərhədçi" "Sumqayıt"ı (98:94), "Sabah" "Abşeron Lions"u (117:96) məğlub edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net