Menyu

ÇL-də ən çox seyv edən qapıçıların siyahısı açıqlanıb - Koxalski də siyahıdadır

Operativ Media
ÇL-də ən çox seyv edən qapıçıların siyahısı açıqlanıb - Koxalski də siyahıdadır
Norveçin “Bodo-Qlimt” klubunun rusiyalı qapıçısı Nikita Haykin UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün Liqa mərhələsində ən çox seyv edən futbolçu olub. 

Operativ Media bu barədə UEFA-nın statistik hesabatına istinadən məlumat yayıb.

O, turnirdə keçirdiyi 8 oyunda 49 qurtarış edib. Reytinqdə ikinci yerdə Madridin “Real” klubunun qapıçısı Tibo Kurtua qərarlaşıb — 41 seyv. Üçüncü pilləni isə iki qolkiper bölüşür: Xeronimo Rulli (“Marsel) və Temirlan Anarbekov (“Kayrat”) - 36 seyv.

Daha sonra Çexiyanın “Slaviya” klubunun qapıçısı İndrix Stanek gəlir — 34 seyv.

Üç qolkiper isə turnirdə 30 seyv edib. Bunlar “Qarabağ”ın qapıçısı Mateuş Koxalski, PSV-dən Matey Kovarj və “Kopenhagen”dən Dominik Kotarskidir.

Bu göstərici üzrə ilk “10-luğ”u *Nyukasl”ın qapıçısı Nik Poup (28 seyv) və *Benfika”nın formasını geyinən Anatoli Trubin (27 seyv) tamamlayır.

Əlaqəli Xəbərlər