Menyu

Kurban Berdıyev: "Qarabağ"ın pley-offa yüksəlməsi bütün Azərbaycan futbolunun uğurudur

Operativ Media
Kurban Berdıyev: "Qarabağ"ın pley-offa yüksəlməsi bütün Azərbaycan futbolunun uğurudur

Azərbaycan Premyer Liqasının XVIII turunda səfərdə “Qarabağ”a 0:1 hesabı ilə uduzan “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev matçdan sonra keçirilən mətbuat konfransında oyunu dəyərləndirib.

Operativ Media xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə “Qarabağ”ın avrokuboklardakı çıxışını yüksək qiymətləndirib:

“İlk növbədə ‘Qarabağ’ı avrokuboklardakı uğurlu çıxışına görə təbrik edirəm. Bu, bütün Azərbaycan futbolunun uğurudur. Onlar lider kimi ölkəmizi layiqincə təmsil edirlər”.

Berdıyev oyuna toxunaraq məğlubiyyəti məyusedici adlandırıb:

“İkinci hissədəki çıxışımızdan müəyyən qədər razı qaldım. Ümumilikdə isə məyusedici bir məğlubiyyət oldu. Sonda imkanlarımız var idi, lakin bunlardan yararlana bilmədik”.

Baş məşqçi ilk hissədə istədikləri oyunu göstərə bilmədiklərini vurğulayıb. O, “Qarabağ”ın vurduğu qolla bağlı narazılıqlarının səbəbini də açıqlayıb:

“Etirazımız oyundan kənar vəziyyəti ilə bağlı idi. VAR həmin epizodda ofsayd xəttini göstərmədi. Amma bu, məğlubiyyətimiz üçün bəhanə deyil”.

Stadionun hazır olmamasının komandaya təsir etdiyini bildirən Berdıyev qeyd edib ki, doğma meydanda azarkeşlərin dəstəyi ilə daha yaxşı nəticələr əldə etmək mümkündür. Yeni hücumçu ilə bağlı sualı cavablandıran mütəxəssis isə futbolçuya adaptasiya üçün vaxt lazım olduğunu və gələcəkdə komandaya fayda verəcəyinə inandığını deyib.

Əlaqəli Xəbərlər