Menyu

"Kəpəz" 700-ə çatdı

Operativ Media
"Kəpəz" 700-ə çatdı

"Kəpəz” Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü oyununu keçirib.

Operativ Media xəbər verir ki, Gəncə klubunun yubileyi Azərbaycan Premyer Liqasının XVIII turuna təsadüf edib. 

Qərb təmsilçisi “Şamaxı” ilə ev matçında 0:2 hesabı ilə uduzub. “Kəpəz” 700 oyunda 293 qələbə qazanıb, 146 heç-heçə edib və 261 dəfə uduzub. 1040 qola sevinən komanda 889 top buraxıb.

Gəncə klubu evdə 342, səfərdə 346, neytral meydanda 12 oyun keçirib. “Kəpəz” oyun sayında yalnız “Qarabağ”, “Neftçi” və “Şamaxı”dan geri qalır.

Qeyd edək ki, ilk matçını 1992-ci il mayın 3-də keçirən Gəncə təmsilçisi evdə “Turan”a 2:1 hesabı ilə qalib gəlib.

Əlaqəli Xəbərlər