Menyu

Azərbaycan millisinin üzvü Almaniyada debüt etdi

Operativ Media
Azərbaycan millisinin üzvü Almaniyada debüt etdi

Azərbaycanın qadınlardan ibarət millisinin və "Hamburq"un futbolçusu Nigar Mirzəliyeva Almaniya Bundesliqasında debüt edib.

Operativ Media xəbər verir ki, 23 yaşlı müdafiəçi "Frayburq"a qarşı görüşdə oynayıb. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Matçda "Frayburq" 2:0 hesabı ilə qalib gəlib.

Hazırda turnir cədvəlində "Frayburq" 26 xalla 6-cı, "Hamburq" isə 10 xalla 12-cidir. Sıralamaya 43 xalla "Bavariya" liderlik edir.

Xatırladaq ki, N.Mirzəliyeva yanvarın 24-də "Hamburq"la ilə 2,5 illik müqavilə imzalayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər