Menyu

Danimarka millisi Avropa çempionu oldu

Operativ Media
Danimarka millisi Avropa çempionu oldu
1 dəq oxu

Danimarka kişi milli həndbol komandası həndbol üzrə Avropa çempionatının qalibi olub.

Operativ Media xəbər verir ki, həlledici matçda komanda Almaniyanı 34:27 hesabı ilə məğlub edib.

Üçüncü yer uğrunda matçda Xorvatiya İslandiyanı 34:33 (17-14) hesabı ilə yenib.

Xatırladaq ki, çempionat Danimarkanın Herninq şəhərində baş tutub.

Danimarka milli komandası tarixində üçüncü dəfə Avropa çempionatının qalibi olub. Danimarkalılar 2008 və 2012-ci illərdə qitənin ən yaxşısı olmuşdu.

Əlavə edək ki, 2024-cü ildə keçirilən son Avropa çempionatında Fransa millisi Danimarkaya qalib gəlmişdi.

Əlaqəli Xəbərlər