Menyu

"Arsenal"ın yarımmüdafiəçisi əməliyyat olunacaq

Operativ Media
"Arsenal"ın yarımmüdafiəçisi əməliyyat olunacaq
1 dəq oxu

"Arsenal"ın yarımmüdafiəçisi Mikel Merino ayağından aldığı zədə səbəbindən əməliyyat olunacaq.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı ispaniyalı yanvarın 25-də keçirilən İngiltərə çempionatının 23-cü turunun "Mançester Yunayted"ə qarşı oyununda (2:3) zədələnib.

Merino 2025/26 mövsümündə bütün turnirlərdə 33 oyunda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.

Əlaqəli Xəbərlər