"Liverpul" "Renn"dən müdafiəçi Jeremi Jaket ilə müqavilə imzalamaq üçün razılığa gəlib.
Operativ Media xəbər verir ki, o, 2026/27 mövsümündən əvvəl yeni klubuna qoşulacaq.
20 yaşlı fransız 2024-cü ilin yanvar ayından bəri "Renn"də oynayır. O, 2025/26 mövsümündə 19 oyunda qol vura bilməyib. Onun Fransa komandası ilə müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir.
Jaket həmçinin "Klermon"da da oynayıb və Fransanın 21 yaşadək futbolçulardan ibarət komandasında beş oyun keçirib.
"Transfermarkt" oyunçunun transfer dəyərini 35 milyon avro, "Liverpul"a keçid üçün isə 63,6 milyon avro dəyərində qiymətləndirir.