Menyu

"Atletiko Madrid" Lukmanı heyətinə qatdı

Operativ Media
"Atletiko Madrid" Lukmanı heyətinə qatdı

Madrid “Atletiko”su heyətini ulduz hücumçu ilə gücləndirib.

Operativ Media-nın yaydığı məlumata görə, La Liqa təmsilçisinin rəsmi açıqlamasında Ademola Lukmanın transferi təsdiqlənib. “Atalanta”da çıxış edən 28 yaşlı nigeriyalı forvardla uzunmüddətli razılaşma əldə olunub.

Müqavilənin şərtlərinə əsasən, Lukman 2030-cu ilin yayına qədər Madrid klubunun formasını geyinəcək. Keçidin maliyyə dəyərinin 35 milyon avro olduğu bildirilir.

Qeyd edək ki, Ademola Lukman 2022-ci ildən etibarən “Atalanta”nın şərəfini qoruyurdu. O, Bergamo təmsilçisinin heyətində meydana çıxdığı 137 oyunda 55 dəfə fərqlənib, eyni zamanda 27 qolun ötürməsini verib.

Əlaqəli Xəbərlər