Menyu

"Kəpəz"in futbolçusunu bıçaqlayan şəxs saxlanılıb

Operativ Media
"Kəpəz"in futbolçusunu bıçaqlayan şəxs saxlanılıb
1 dəq oxu

Azərbaycan Premyer Liqasında çıxış edən “Kəpəz” klubunun futbolçusu Veysəl Rzayevi bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Operativ Media-ya DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində V. Rzayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Nihad Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər