"Arsenal" "Stok Siti"nin gənc müdafiəçisini transfer edib
Operativ Media
"Stok Siti"nin və İngiltərənin gənclərdən ibarət millisinin müdafiəçisi Ceyden Dikson karyerasını "Arsenal"da davam etdirəcək.
Operativ Media xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
Dikson 2024-cü ildən 2026-cı ilə qədər "Stok Siti"də oynayıb. Müdafiəçi klubun müxtəlif yaş qrupları üzrə komandalarında cəmi 55 oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə edib. Əsas komandada isə 6 oyun keçirib. "Transfermarkt" portalı gənc futbolçunun hazırkı bazar dəyərini 300.000 avro qiymətləndirir.
Qeyd edək ki, "Arsenal" hazırda 53 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb.