Menyu

Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV Çelenc Kubokunda vəzifə alıb

Operativ Media
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV Çelenc Kubokunda vəzifə alıb
1 dəq oxu

Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa təyinat alıb.

Operativ Media xəbər verir ki, Z. Gözəlbəyli qadın voleybolçular arasında CEV Çelenc Kubokunun 1/4 final mərhələsində Yunanıstanın “GS Panionios NEA SMYRNI” və Kiprin “Olympiada Neapolis NICOSIA” komandaları arasında keçiriləcək oyunda supervayzer olacaq.

Fevralın 5-də Yunanıstanda baş tutacaq qarşılaşmanın hakimləri polşalı Tomasz Janik və rumıniyalı Darius Dumitru Mesca olacaq.

Əlaqəli Xəbərlər