Səbail və Nəsimidə minib-düşmə yeri yaradılıb
AYNA tərəfindən avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yerlərin yaradılması davam etdirilir. Növbəti belə yerlər Səbail və Nəsimi rayonları ərazisində təşkil edilib.
Operativ Media-ya bu barədə AYNA-dan məlumat verilib.
Belə ki, Üzeyir Hacıbəyli küçəsində (Puşkin küçəsi ilə Azadlıq prospektinin aralığı) və Azadlıq prospektində (ABŞ səfirliyinin qarşısı) minib-düşmə yerləri ilə bağlı müvafiq lövhələr yerləşdirilib.
Görülən bu tədbirlərin əsas məqsədi avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.
Minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir.