Menyu

AVRO-2026: Azərbaycan yığması püşkatmada birinci səbətdə yer alacaq

Operativ Media
AVRO-2026: Azərbaycan yığması püşkatmada birinci səbətdə yer alacaq

Avropa Mini-Futbol Federasiyası Slovakiyada keçiriləcək AVRO-2026 turnirinin püşkatması öncəsi səbətlərin tərkibini açıqlayıb.

Operativ Media-nın məlumatına görə, Azərbaycan milli komandası Slovakiya, Rumıniya, Serbiya, Qazaxıstan və Bolqarıstan yığmaları ilə birlikdə birinci səbətə düşüb.

Digər səbətlərin tərkibi isə belədir:

İkinci səbət: Fransa, Monteneqro, Macarıstan, Çexiya, Ukrayna, Gürcüstan;

Üçüncü səbət: Belçika, İngiltərə, Bosniya və Herseqovina, İtaliya, Polşa, Portuqaliya;

Dördüncü səbət: İsrail, Sloveniya, İspaniya, Yunanıstan, Türkiyə, Avstriya.

Qeyd edək ki, AVRO-2026 turniri 27 may – 4 iyun tarixlərində Slovakiyada keçiriləcək. Yarışın püşkatma mərasimi fevralın 27-də Bratislavada baş tutacaq və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Əlaqəli Xəbərlər