Menyu

"İmişli" "Qəbələ"nin gənc futbolçusunu transfer etdi

Operativ Media
"İmişli" "Qəbələ"nin gənc futbolçusunu transfer etdi
1 dəq oxu

"İmişli" FK heyətini gənc və perspektivli azərbaycanlı futbolçu Nazim Hüseynov ilə gücləndirib.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı oyunçu ilə 2 il 6 aylıq müqavilə imzalanıb. 

Nazim Hüseynov əsasən 10 nömrə mövqeyində, eyni zamanda sol cinah hücumçusu kimi çıxış edir. 

Gənc futbolçu ölkə futbolunun aparıcı akademiyalarında formalaşıb. Nazim son olaraq “Qəbələ” İK-in formasını geyinib.

Əlaqəli Xəbərlər