Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Operativ Media
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 7 və 8 fevral tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.
ADY-dən Operativ Media-ya verilən məlumata görə, eyni zamanda, sərnişinlər bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilər.
Qeyd edək ki, biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.