"Fənərbaxça"nın prezidenti Kante transferi ilə bağlı Ərdoğana təşəkkür etdi
Operativ Media
“Fənərbaxça” klubunun prezidenti Sadəddin Saran N’Qolo Kantenin transfer prosesində göstərdiyi dəstəyə görə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Operativ Media xəbər verir ki, bu haqda klubun sosial media hesabılarında paylaşım edilib.
Bildirilib ki, bu proses boyunca böyük “Fənərbaxça” azarkeşlərinin klubuna olan inamı, göstərdikləri güclü dəstək və hər zaman yanımızda olduqlarını hiss etdirmələri bizim üçün ən böyük motivasiya və güc mənbəyi olub.
İndi isə həmin gücü meydana daşımaq, komandamızın yanında olmaq zamanıdır.
Biz birlikdə inanacaq, birlikdə mübarizə aparacaq və birlikdə qazanacağıq", - deyə Sadəttin Saran vurğulayıb.