Rusiya millisinin sabiq üzvü: "Bizim klublar "Qarabağ"dan daha güclüdür"
Operativ Media
Rusiya millisinin sabiq yarımmüdafiəçisi Aleksandr Mostovoy yerli klubların səviyyəsini Azərbaycan təmsilçisi “Qarabağ”la müqayisə edib.
Operativ Media-nın məlumatına görə, bu haqda "Sovsport" məlumat yayıb.
“Hazırkı format və heyətdə 15 legionerin olması ilə "Zenit" Çempionlar Liqasının pley-off mərhələsinə mütləq yüksələrdi. CSKA da avrokubokların pley-off mərhələsinə çıxa bilərdi. Bizim klublar ‘Kayrat’ və ‘Qarabağ’dan daha güclüdür, amma əlbəttə ki, üzərində işləməli məqamlar var”, – deyə Mostovoy qeyd edib.
Xatırladaq ki, FIFA və UEFA-nın tətbiq etdiyi qadağaya görə Rusiya klubları və milli komandaları beynəlxalq yarışlarda iştirak edə bilmirlər.