Menyu

Azərbaycan Üzgüçülük və Triatlon Federasiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb

Operativ Media
Azərbaycan Üzgüçülük və Triatlon Federasiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Üzgüçülük Federasiyası və Azərbaycan Triatlon Federasiyası arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb. 

Operativ Media xəbər verir ki, federasiyalar ölkədə su idman növlərinin inkişafı üçün birlikdə çalışacaqlar. Əməkdaşlıq çərçivəsində birgə yarışların keçirilməsi, eləcə də üzməyə marağı olan potensiallı gənclərin üzgüçülük və triatlon idman növlərinə cəlb edilməsi nəzərdə tutulur. Eyni zamanda, üzgüçülük və triatlonla məşğul olmaq üçün əlçatan və sağlam mühitin formalaşdırılmasına dəstək göstəriləcək. İdmançıların bacarıqlarının artırılması məqsədilə yerli və beynəlxalq ekspertlərin təlim-məşq prosesinə cəlb olunması da prioritet istiqamətlərdən biri olacaq.

Memorandumu ASF-nin baş katibi Oqtay Atayev və ATF-nin baş katibi Seymur Hüseyinov imzalayıblar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər