Sürücünün marketə getməsini görüb avtomobili talayan şəxs saxlanılıb
Operativ Media
Paytaxtın Nizami rayonunda vətəndaşlardan birinə məxsus avtomobildən 200 manat və mobil telefon naməlum şəraitdə oğurlanıb.
DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən 46 yaşlı A.Abdurahmanov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, zərərçəkənin avtomobilinin qapısını açıq vəziyyətdə saxlayaraq marketə getməsini kənardan müşahidə edib və bir neçə dəqiqəlik nəzarətsizlikdən sui-istifadə edərək oğurluğu törədib.
Nəsimi rayonunda keçirilən tədbir nəticəsində isə ticarət mərkəzlərinin birindən zərərçəkənə məxsus içərisində pul vəsaiti, bank kartları və şəxsi sənədləri olan çantanı oğurlamaqda şübhəli bilinən 31 yaşlı H.Quliyev də saxlanılıb.