WUF13 Könüllülük Proqramının təlim mərhələsinə start verilib
Operativ Media
4 fevral tarixində WUF13 Könüllülük Proqramının təlim mərhələsinə start verilib.
Operativ Media xəbər verir ki, “Dayanıqlı Şəhərsalma İnkişafı və Davranışlar” mövzusunda keçirilən seminarda təxminən 1 000 iştirakçı bir araya gəlib.
Seminarın məqsədi dayanıqlı və inklüziv şəhərsalma ilə bağlı maarifləndirməni gücləndirmək, eyni zamanda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq prosesində könüllülərin dəstəkləyici rolunu önə çıxarmaqdır.