Qusarda mikroavtobus aşıb, yaralılar var
Operativ Media
Qusarda mikroavtobusun aşması nəticəsində yaralanan şəxslər xəstəxanaya çatdırılıb.
Bu barədə Operativ Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Məlumata görə, baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (qadın) Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralılara qapalı kəllə-beyin travması, döş qəfəsinin və qarın nahiyəsinin küt travması, bədənin müxtəlif nahiyələrinin əzilmiş, sıyrılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.