Menyu

Bir sıra yollarda sürət həddi endirilib

Operativ Media
Bir sıra yollarda sürət həddi endirilib

Şaxtalı hava şəraiti səbəbindən bir sıra yollarda sürət həddi endirilib.

Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında qeyd edilib.

Bildirilib ki, hazırda Bakıda müşahidə edilən şaxtalı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan-Zuğulba-Bilgəh yollarında isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. 

Ümumilikdə qeyd edilən yollarda hərəkət sürəti 70 km/saat təyin edilib. 

“Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol ” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”, - məlumatda qeyd edilib.

Fotogalereya

Əlaqəli Xəbərlər