"Arsenal" Karl üçün "Bavariya"ya 90 milyon avro ödəməyə hazırdır
Operativ Media
"Bavariya"nın yarımmüdafiəçisi Lennart Karl karyerasını İngiltərədə davam etdirə bilər.
Operativ Media xəbər verir ki, bu haqda "TeamTalk" məlumat yayıb.
Mənbənin məlumatına görə, "Arsenal" 17 yaşlı yarımmüdafiəçini transfer etməkdə maraqlıdır və Münhen klubunun oyunçu üçün istədiyi 80-90 milyon avro məbləğində pul ödəməyə hazırdır.
Karl "Bavariya"nın akademiyasının yetirməsidir. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədərdir. Bu mövsüm o, bütün yarışlarda 29 oyunda iştirak edib, yeddi qol vurub və üç məhsuldar ötürmə edib.