Futzal üzrə Avropa çempionatında finalçılar bəlli oldu
Operativ Media
Ötən gecə yarımfinalda Fransanı 4:1 hesabı ilə məğlub edən Portuqaliya Futzal üzrə Avropa çempionatının finalına vəsiqə qazanıb.
Operativ Media xəbər verir ki, portuqaliyalılar həlledici görüşdə Xorvatiyanı yenən İspaniya millisi ilə üz-üzə gələcək.
Portuqaliya ardıcıl üçüncü dəfə qitə çempionatının finalına yüksəlib. İspanlar isə onuncu dəfə Avropa çempionatının qızıl medalı uğrunda mübarizə aparacaq ki, bu da yarış iştirakçıları arasında bütün zamanların rekordudur.
Qeyd edək ki, İspaniya və Portuqaliya arasında final qarşılaşması fevralın 7-də keçiriləcək. Fransa və Xorvatiya isə eyni gündə bürünc medallar uğrunda qarşılaşacaqlar.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net