Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı İğdırda saxlanılıb
Türkiyədə barəsində müxtəlif cinayətlər üzrə 43 il 3 ay 10 gün müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılmış Azərbaycan vətəndaşı İğdır vilayətində saxlanılıb.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, insan alveri, habelə şəxsi fahişəliyə təşviq etmə, buna məcbur etmə, vasitəçilik və yer təmin etmə cinayətlərinə görə barəsində 43 il 3 ay 10 gün həbs cəzası və 12 min 480 lirə (təqribən 487 manat) məbləğində cərimə hökmü çıxarılmış N.S. (53 yaş) İğdır–Naxçıvan avtomobil yolu üzərində keçirilən qəfil yoxlama zamanı şübhə əsasında saxlanılan nəqliyyat vasitəsində aşkarlanıb.
Saxlanılan şəxs barəsində aparılan istintaq-əməliyyat tədbirlərindən sonra tutularaq cəzaçəkmə müəssisəsinə təhvil verilib