Menyu

Masallıda məktəbdə baş verən yanğının səbəbi araşdırılır

Ayşən Sadıxzadə
Masallıda məktəbdə baş verən yanğının səbəbi araşdırılır

Masallı rayonu Xıdır Məmmədov adına Xırmandalı kənd tam orta ümumtəhsil məktəbində yanğın baş verib.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən Operativ Media-nın sorğusuna cavab olaraq bildirilib ki, əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və pedaqoji kollektiv təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər, onların səhhətində heç bir problem yaranmayıb.

İlkin ehtimallara görə yanğına səbəb elektrik xətlərində yaranmış qısaqapanma olub.

Hazırda aidiyyəti qurum tərəfindən hadisənin dəqiq başvermə səbəbləri araşdırılır.

Əlaqəli Xəbərlər