Menyu

"Nyukasl" antirekorda imza atıb

Operativ Media
"Nyukasl" antirekorda imza atıb

“Nyukasl” İngiltərə Liqa Kubokundan kənarlaşdırılıb. Yarımfinalın ilk oyununda “Mançester Siti”yə 0:2 hesabı ilə uduzan “sağsağanlar” ötən gecə baş tutan səfər qarşılaşmasında da iki top fərqi (1:3) ilə məğlub olaraq mübarizəni dayandırıblar.

Operativ Media xəbər verir ki, beləliklə, “Nyukasl” bütün yarışlarda “Siti”yə qarşı ardıcıl 12 səfər oyununda uduzub. Bu, “Nyukasl”ın tarixində eyni rəqibə qarşı ən uzun səfər məğlubiyyət seriyasıdır.

“Qarabağ”ın Çempionlar Liqasının pley-offundakı rəqibi şənbə günü Premyer Liqada “Brentford”la qarşılaşacaq. Komanda hazırda turnir cədvəlində 11-ci yerdədir.

“Mançester Siti” Liqa Kubokunun finalında “Arsenal”la qarşılaşacaq.

Əlaqəli Xəbərlər