Menyu

"Beşiktaş" panamalı müdafiəçi transfer edir

Operativ Media
"Beşiktaş" panamalı müdafiəçi transfer edir

"Marsel"in 29 yaşlı oyunçusu Amir Murillo ilə maraqlanan "Beşiktaş", məşqçi Sergen Yalçının razılığını aldıqdan sonra hərəkətə keçib.

Operativ Media xəbər verir ki, panamalı futbolçunun nümayəndələri ilə aparılan danışıqlar nəticəsində 3,5 illik müqavilə şərtləri razılaşdırılıb.

"Sports Digitale"nin məlumatına görə, "Beşiktaş" "Marsel"də oynayan Amir Murillonun transferi ilə bağlı razılığa gəlib. Amir Murillonun bu gecə İstanbulda olacağı məlum olub.

Fransa komandası 6 milyon avro transfer haqqı tələb edir, "Beşiktaş" isə 4 milyon avro təklif edib. Danışıqların davam etdiyi və tərəflərin razılığa gəlməyə yaxın olduğu bildirilir. Bu mövsüm 25 matçda 2 qol və 4 məhsuldar ötürmə ilə komandasının hücum və müdafiəsinə töhfə verən Murillo çox yönlü olması ilə seçilir.

Təcrübəli oyunçu karyerası ərzində sağ cinah müdafiəçisi rolundan əlavə 40 dəfə mərkəz müdafiəçisi kimi də oynayıb. O, həmçinin 27 dəfə sağ cinah müdafiəçisi, 9 dəfə isə sol cinah müdafiəçisi kimi oynayıb. 11 fevral 1996-cı ildə Panama Sitidə anadan olan Amir Murillo San Fransisko gənclər akademiyasında yetişi. O, ilk komandasında 18 yaşında debüt edib. "New York Red Bulls" və "Anderlext"də oynamış panamalı sağ cinah müdafiəçisi 2023-cü ildə "Marsel"ə keçib. O, Panama Milli Komandasında 90 oyun keçirib və 9 qol vurub.

Əlaqəli Xəbərlər